Сообщения

Xəzər günü

Изображение
 Beləliklə,insanlar bilməlidirlər ki,Xəzərə ziyan vurmaqla özlərinə və gələcəklərinə ziyan vururlar.Qrup olaraq biz fikirləşdik ki,necə etmək olar ki,Xəzəri çirklənmədən qoruyaq.Qrup üzvləri müxtəlif fikirlər söylədi.Xəzər dənizinin sahilində xüsusi təmizləyici qurğular olmalıdır.Bundan başqa elə etmək lazımdır ki,neft məhsulları dənizə qarışmasın.Biz başa düşdük ki, belə getsə Xəzərin fauna və florası məhv olacaq. Ən vacib işlərdən biri insanların maarifləndirilməsidir.İnsanları maarifləndirməyin ən yaxşı yolu müxtəlif televiziya verlişlərinin təşkilidir.  Biz təklif etdik ki,tez -tez Xəzər sahilinə ekskursiyalar təşkil olunsun .Bu ekskursiyalarda gəzinti ilə yanaşı şagirdlər həm də sahili zibillərdən təmizləsin. Bildik ki,2007-ci ildən etibarən ölkəmizdə "Xəzər günü"qeyd olunur.Biz planlaşdırdıq ki,qarşıdan gələn illərdə "Xəzər günü"ilə bağlı tədbir hazırlayaq."Xəzər" günündə məktəbdəki digər şagirdləri maarifləndirmək məqsədilə divar qəzeti çıxarma...

Nə tökərsən aşına o da çıxar qaşığına.

Изображение
Xəzər dənizinə Bakı və Sumqayıt şəhərinin kanalizasiyaları tökülür.Bu da dənizi çirkləndirir.Bizə məlum oldu ki,Xəzərin çirklənməsininəsas səbəbi ins an fəaliyyətidir.    Mənə məlum oldu ki,Xəzər dənizi bir neçə səbəbdən çirklənir.Bu səbəblərdən ən əsası neftdir.Azərbaycanın təbii sərvəti olan neft Xəzər dənizində çıxarılır.Bu zaman neft məhsulları dənizin suyuna qarışır və dənizi çirkləndirir.  Bundan başqa Xəzərə tökülən çaylar da dənizi çirkləndirir.Xəzər dənizinə Volqa və Kür çayı tokülür.Lakin Xəzəri ən çox çirkləndirən Volqa çayıdır. Volqa çayı bir çox ölkələrdən keçir.Bu zaman çirklənir və Xəzərə tokülür.

Böyük addımlarla irəli.

Изображение
 Yayda mən istirahət etmək üçün Xəzər dənizinin sahilinə getmişdim .Sahildə ölmüş suiti və balıq  gördüm.Bunun səbəbini atamnan soruşdum.Atam söylədi ki,Xəzər dənizi çirkləndiyinə görə orada yaşayan canlılar məhv olur.Bu hadisə məni çox məyus etdi.  Sentyabrda dərslər başladı .Bir gün müəllimə bizə Xəzər dənizi haqqında danışdı.Sonra bizə layihə işi tapşırdı.Müəllim bizi layihəmiz ilə tanış etdi.Məlum oldu ki, mövzumuz"Ətraf mühitdə suyun çirklənməsidir".Mövzu müasir dövr üçün qlobal məsələlərdən biridir.Müəllim bizə layihə ilə bağlı istiqamət verdi.Bizim qrup işi Xəzər dənizinin çirklənməsi ilə bağlı idi.   Mən Xəzər dənizinin çirklənməsi haqqında məlumat toplamağa başladım.